Méntalitétimizin Disfunksionallığı

Géçen esrin evvellerindeki inkar proqramı misilsiz idi, héyif ki, yérine yétirile bilmedi. Bu proqram bu gün davam étdirilmeyir, onlar tarixde tek qalıblar. Tebietde astronomik-fiziki zaman var, tarixde ékzisténsial zaman. Bizde birinci işleyir, ikinci dayanıb: kéçmişimiz kéçmeyir, geleceyimiz gelmeyir. Çünki inkar yoxdur! Bir gün gelecekde yaşamaq, 40 il kéçmişde yaşamaqdan daha şereflidir.
Azerbaycan, Türk, felsefe, milli, mentalitet, Müselman, tarix

"Tfu, üzünüze, ölüler!"

Mirze Celil

Bize bundan ağır söz déyilmeyib. "Ölüler"in prototipi bizik. Bu fikir öz vaxtında çox deqiq sosial diaqnoz ve güclü inkar idi. Ancaq biz onu hele de edebi artéfakt kimi başa düşürük.

 

"Tehlüke" helak sözündendir. Bu menada bizi daha héç bir tehlüke gözlemir, çünki biz çoxdan ölmüşük, indiki halımız çürümedir. Söhbet ancaq "yéniden doğulmaq"dan (İsa Mesih) géde biler. Türk poéziyasından müellifini unutduğum béle bir misra xatırlayıram: "Bir de gördüm ki, ölmüşem". Böyük M. Celille texminen éyni vaxtda böyük M. E. Sabir yazırdı: "Pah, atonnan, ölübe". Béle melum olur ki, müasir nékroloci müşahideler ne az, ne çox, düz yüz il qabaq da qéyde alınıb.

 

Xeritemize baxın. Ucu Xezere tuşlanmış rakéte oxşayır. Quyruğu da ki, mişar-mişar. Yaxud da leti yéyilmiş armud cécesine benzeyir xeritedeki duruşumuz. Kéçmişimiz haqqında fikir yürütmek üçün tarixçi olmağa éhtiyac yoxdur, éle coğrafiyaçı gözü ile xeritedeki görünüşümüze baxmaq yéterlidir. Bizi yéyirler, dostlar, ya da tarix bizden rakéte oxşar nese düzeldir. (Bir de iki ayrı dövlet arasında Araz çayı boyu serhed xetti ile, saplaq kimi, Naxçıvanı Azerbaycana birleşdirib, psixoloci rahatlıq tapmağımız ayrı alemdir). Musiqimize, poéziyamıza baxın. Başdan ayağı qem narkomaniyasıdır, sadomazoxizmdir.

 

Ölen bizim milli-menevi deyerler sistémimizdir, méntalitétimizdir. Ölüler bu méntalitétin daşıyıcılarıdır. Böyük M. Celiller, Sabirler, Axundzadeler o vaxtı bizim bu gün méntalitét dédiyimize müselmanlıq, daşıyıcılarına ise müselman déyirdiler. Onlar qeti yanılmayırdılar, "milli" méntalitétimizin esas terkib hissesi doğrudan da islamdır. Lakin bu méntalitétin arxétipik tarixi-felsefi kökleri qedim Mésopotamiyaya qeder gédib çıxır. (Éle islamın da kökleri oradadır). Menim fikrimce, bizim dünyabaxışımız sémitik-platonik ve ya başqa ifade ile dések, dini-idéalist seciyye daşıyır.


Sovétlere qeder biz xalis Muhammed ümmeti idik. Sovét récimi yénice başlamış milletleşme prosésini yarıda keserek, "Türk"leşmeyimizin qabağını aldı, amma özü de bizden "Sovét Xalqı" yarada bilmedi. İster Türklük (millilik), isterse de Sovétlik (béynelmilelçilik) bizim méntalitétimizde zerif laylardan başqa bir şéy déyiller. Biz kökde Muhammed ümmeti olaraq qalırıq, yeni Müselman. "Azerbaycanlı" "Müselman"ın Sovét dövründe icad édilmiş sinonimidir, daha doğrusu örtüsü.


Biz bu méntalitétle pis-yaxşı yüz illerle ömür sürmüşük, axırda da ölmüşük. Amma indi o, öz funksiyasını itirerek, disfunksional artığa çévrilib, bizi çürüdür. O, neinki bizim héç bir problémimizi hell étmir, eksine, özü bize yéni-yéni problémler yaradır. Kim Füzulini oxuyub, muğamata qulaq asıb, bir-iki rüket namaz qılıb deyişir, hansısa sualına cavab tapır? İndi qezétler qezellerden aktualdır.


Géçen esrin evvellerindeki inkar proqramı misilsiz idi, héyif ki, yérine yétirile bilmedi. Bu proqram bu gün davam étdirilmeyir, onlar tarixde tek qalıblar. Bizim inkarçılığımız onlarınkından qat-qat géri qalır. Unutmayaq ki, Atatürk de dini-menevi deyerler sistémine méydan oxumuş böyük inkarçı idi. Yéni tarixi sehifeni de o, açdı. Terif (beh-beh!) tesdiqin, ikrah (tfu!) inkarın ifadesidir. Tenqid inkara yox, tesdiqe xidmet édir, aldanmaq olmaz. Meselen, müselmanlığımızın inkarı ayrı şéydir, yaxşı müselman ola bilmemeyimizin tenqidi ayrı şéy.

 

Tebietde astronomik-fiziki zaman var, tarixde ékzisténsial zaman. Bizde birinci işleyir, ikinci dayanıb: kéçmişimiz kéçmir, geleceyimiz gelmir. Çünki inkar yoxdur! Bir gün gelecekde yaşamaq, 40 il kéçmişde yaşamaqdan daha şereflidir.

YORUMLAR (0)

BENZER QONULAR (12)

tümü ›

YAZARDAN BU SAYTDA (1)

tümü ›